SON XƏBƏRLƏR

İranla Ermənistan arasında daha bir saziş imzalanıb

2021.10.20, 07:36
İranla Ermənistan arasında daha bir saziş imzalanıb

Gunaz.tv

GünAzTv: İran Gömrük İdarəsinin (IRICA) sədri Ərdəşir Məhəmmədinin rəhbərliyi altında dövlət nümayəndə heyəti Ermənistan Dövlət Gəlirlər Komitəsi sədrinin dəvətilə İrəvanda səfərdədir.

"Armenfo"nun məlumatına görə, səfər bu ilin əvvəlində Ermənistanda icrasına başlanılan  Sərhədlərin kompleks idarəolunması proqramı çərçivəsində həyata keçirilib.

Əsas məqsədlərdən biri isə ikitərəfli sərhəd əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində geniş əməkdaşlıq etmək, gömrük işlərini gerçəkləşdirən əlaqədar nazirliklər arasında ortaq fəaliyyətin əhəmiyyətini artırmaqdır.

Dövlət Gəlirlər Komitəsindən "Armenfo"ya verilən məlumatda bildirilib ki, iranlı qonaqlar öncə erməni həmkarları ilə rəsmi görüş keçiriblər, sonda isə qarşılıqlı məlumat mübadiləsinə dair memerandum imzalayıblar.

Bundan sonra isə proqrama uyğun olaraq Ermənistan - İran sərhədinin Mehri gömrük-buraxılış məntəqəsində aparılacaq islahatlarla bağlı məlumat almaq üçün adıçəkilən bölgəyə gediblər. Həftə içi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar