SON XƏBƏRLƏR

Rusiya «soyuq müharibə»yə qayıdır

2021.10.20, 07:36
Rusiya «soyuq müharibə»yə qayıdır

Gunaz.tv

GünAzTv: Rusiyanın baş naziri Vladimir Putinin son açıqlamalarını dünya mediası ABŞ-a (Amerika Birləşmiş Ştatları) qarşı əzələ nümayişi kimi qiymətləndirib.

Putin Amerikanın «CNN» telekanalına müsahibəsində Vaşinqtonu yeni silahlanma dalğasından çəkinməyə çağırıb. Müsahibə ilə bağlı material «Spiegel Online» internet saytında nəşr olunub.«Rusiya yenidən Qərblə danışıq tonunu sərtləşdirib»,- deyə  məqalənin müəllifi Benyamin Bidder yazır: «Əvvəlcə silahlanma dalğası barədə Rusiya prezidenti Dmitri Medvedev federal məclis qarşısında çıxışı zamanı xəbərdarlıq etmişdi. Sonra kütləvi informasiya vasitələrində xəbərlər yayıldı ki, Rusiya öz qərb sərhədlərində gizli şəkildə taktiki nüvə silahlarının yerləşdirilməsinə başlayıb. İndi isə Putin xəbərdarlıq edir ki, Rusiya öz sərhədlərində yeni zərbə kompleksləri qurmaq hüququna malikdir. Belə görünür ki, Putin «soyuq müharibə» reallıqlarını amerikalılara bir daha xatırlatmaq istəyir. Həm də bu harmonik və tarixi adlandırılan Rusiya-NATO Lissabon sammitindən cəmi iki həftə sonra baş verir.«Əgər bizim təkliflərimizə yalnız rədd cavabı veriləcəksə, üstəlik, sərhədlərimizin yaxınlığında yeni üçüncü mövqe rayonu variantında əlavə təhlükə meydana çıxacaqsa, onda Rusiya sadəcə olaraq, öz təhlükəsizliyini müxtəlif üsullarla təmin etməli olacaq. «Rusiya qlobal siyasətdə» jurnalının baş redaktoru Fedor Lukyanovun fikrincə Putin və Medvedev ABŞ-da silahların ixtisarına qarşı çıxan çevrələrə təsir göstərmək istəyirlər. Yeni saziş hər iki ölkənin rəhbərlikləri üçün böyük simvolik dəyərə malikdir: Medvedev ölkəni açıq şəkildə qərbyönümlü kursa istiqamətləndirib. Onun amerikalı həmkarı Barak Obama isə Rusiya ilə mürəkkəb münasibətləri yoluna qoymaq istəyir. Amma hələ də tərəflərdən heç biri ortaya konkret nəticə qoya bilməyib».Bundan əlavə, Lissabonda barəsində razılıq əldə edilmiş raketdən müdafiə sisteminin də gələcəyi bəlli deyil. Buna səbəb mövzuya alyansın Şərqi Avropa üzvlərinin şübhə ilə yanaşması və pərdə arxasında Rusiyanın çox böyük planlarının olmasından danışan bəzi NATO üzvlərinin mövqeyidir».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar