SON XƏBƏRLƏR

Güney Azərbaycan Çapxanaları (Mətbəə) təzyiq altında

2021.10.20, 07:36
Güney Azərbaycan Çapxanaları (Mətbəə) təzyiq altında

Gunaz.tv

GünAzTv: İran rejiminin Güney Azərbaycan türk millətinin milli kimliyinə qarşı apardığı genişmiqyaslı siyasət bir daha özünü göstərdi.

 

Belə ki, növbəti olaraq Güney Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən çapxanalara hökm göndərilib. Hökmdə bildirilib ki, toy mərasimlərinə dəvət kartları türkcə yazılıbsa onlar çap edilməmədilir, əks halda çapxana bağlanılacaq və çap edən şəxs cəzalandırılacaq.

 

Qeyd edək ki, İran rejiminin bu tip qadağaları Pəhləvilərin asimilasyon siyasətinin dəvamı kimi qiymətləndirilməlidir. Pəhləvilər dəyişsə də onların Azərbaycanın milli kimliyinə qarşı apardıqları siyasət olduğu kimi İsalm Respublikası tərəfindən dəvam etdirilməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar