SON XƏBƏRLƏR

Urmu Gölünün qurummasının əsas səbəbi səddlərin tikilməsidir

2021.10.20, 07:36
Urmu Gölünün qurummasının əsas səbəbi səddlərin tikilməsidir

Gunaz.tv

GünAzTv: Hökumət rəsmisi Əli Əkbər Rəsuli jurnalistlərə bildirib ki, Urmu Gölündün suyunun səthi hər zaman dəyişilib, ancaq son zamanlar mənfi mənada mənalı gedişat müşahidə olunur.

 

O bildirib ki, son 5 ildə Urmu Gölünün səthi 40 faiz və suyun yüksəkliyi 4 metr azalıb. Tənəzzül ilk olaraq doğu və güney-doğuda müşahidə olunub, son zamanlarda isə Gölüm quzeyində tənəzzül başlanıb.

 

Onun sözlərinə görə, Gölün qurumasında quraqlıq, havanın durumu, suyun əkin yerlərini və şəhər içində istifadə olunması və Səddlərin tikilməsi təsir edir. Ancaq səddlərin tikilməsi əsas səbəb hesab olunur.

 

Səddlər, Gölə tökülən çayların istiqamətini dəyişir və bununlada Göl gündən günə qurumağa gedir.

Əli Əkbər Rəsuli bildirib ki, əgər səddlərin tikilməsi durdurulmasa və bu haqda ciddi tədbir alınmasa Urmu Gölünün quruması qaçılmaz olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar