SON XƏBƏRLƏR

“Traxtur”-un növbəti müsabiqəsi Azərbaycanın Qəzvin şəhərinə həsr olunub

2021.10.20, 07:36
“Traxtur”-un növbəti müsabiqəsi Azərbaycanın Qəzvin şəhərinə həsr olunub

Gunaz.tv

GünAzTv: “Traxtur”  futbol taxımının (tim) tərəfdarları tərəfindən başladılan ənənəyə görə, “Traxtur”-un gələcək müsabiqəsi Azərbaycanın başqa bir şəhərinə yəni “Qəzvin”ə həsr olunub.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 17-ci həftəsində Bu münasibətlə Noyabr ayının 4-ü (Abanın 13-ü) Təbrizin səhənd stadyomunda (stadion) “Traxtur”-la Abadanın “Neft” taxımı arasında keçiriləcək müsabiqənin seçilmiş şüarı “"Traxtur" Qəzvinin Səsi – Yurdumuzun bir hissəsi” olacaq.

 

2010-cu il dekabr ayının 4-də (Azər ayının 13-ü) keçiriləcək müsabiqədə “"Traxtur" Qəzvinin Səsi – Yurdumuzun bir hissəsi” şüarı ilə Azərbaycan türklərinin bird aha birlik və yekdilliyi nümayiş etdiriləcək.

 

Qeyd edək ki, “Traxtur-Piruzi” oyununda baş verən hadisələrdən sonra fars şovinizminin əlaltıları “Piruzi”nin azərbaycanlı trenerindən (mürəbbi) də istifadə edərək Təbriz ilə Ərdəbil arasında nifaq salmağa çalışdılar. Xoşbəxtlikdən o gündən bəri nəinki heç bir nifaq yaranmadı hətta yaxşı bir ənənənənin əsası da qoyuldu. O gündən “Traxtur”un hər müsabiqəsi Azərbaycanın bir şəhərinə həsr edilir. Beləki ilk müsabiqə Ərdəbilə, sonra isə Urmuya həsr olundu. Növbəti keçmiş yarışa Zəncan və iki gün sonra gözlədiyimiz yarış isə Qəzvinə həsr olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar