SON XƏBƏRLƏR

Azərbaycan prezidenti Astana sammitində çıxış edib

2021.10.20, 07:36
Azərbaycan prezidenti Astana sammitində çıxış edib

Gunaz.tv

GünAzTv: Prezident İlham Əliyev ATƏT-ə üzv ölkələrin dövlət başçılarının zirvə görüşündə çıxış edib.“Dağlıq Qarabağ Azərbaycanın tarixi və beynəlxalq səviyyədə tanınmış ərazisidir”. APA-nın Astanaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləri ATƏT-in Astana sammitində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı bildirib ki, Ermənistan münaqişənin eskalasiyası yoluna üstünlük verir: “Ermənistan münaqişənin eskalasiyası yolu ilə getməyə üstünlük verir, atəşkəs rejiminin pozur, işğal altında saxladığı ərazilərdə təlimlər keçirir, tarixi yer adlarını dəyişdirir. Bu belə qənaətə gəlməyə əsas verir ki, Ermənistan status-kvonu qoruyub saxlamaq və danışıqları mənasız prosesə çevirmək istəyir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar