SON XƏBƏRLƏR

Urmu Gölünün daha iki qayğıkeşinə həbs cəzası verildi

2021.10.20, 07:36
Urmu Gölünün daha iki qayğıkeşinə həbs cəzası verildi

Gunaz.tv

GünAzTv: Təbrizli fəallar Əlirza Hüseynzadə (Elman) və Rza Əbdi 6 ay azadlıqdan məhrum edildilər. Onların suçu urmu gölünün qayğısına qalmaqdır.

 

Adını çəkdiyimiz azərbaycanlı fəallar Urmu Gölünün quruması və onun talenin Aral Gölü ilə oxşaması ilə bağlı amator sənədli film çəkiblər.

 

İran məhkəməsi isə onları film çəkib və xarici saytlara göndərməklə millətçilik və sistemin əleyhinə fəaliyyətdə günahlandırıb. Məhz bu ittihamla onlar 6 ay azadlıqdan məhrum ediliblər. Hazırda  Əlirza bəyin 4 ayı və Rza bəyin 3 ayı 2 il heç bir suç işləməmək şərti ilə asılı qalıb.

 

Xatırladaq ki, Əlirza və Rza bəy 2010-cu il may ayının 11-i (1389-cu il ordibeheşt ayının 21-i) Təbrizdə öz kompüter xidmətləri mağazalarında tutuqlanıb, 2 ay azadlıqdan məhrum edildikdən sonra 30000 dollarlıq (30 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar.

 

Adını çəkdiyimiz Azərbaycanlıların süçü aşağıdakı filmi ortalığa çıxartmaqdır. İndi siz deyin bu filmi günah saymaq olarmı?!

http://www.4shared.com/video/vHBQOfMt/UrmuGoluQuruyur_Belgesel.html

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar