SON XƏBƏRLƏR

Rəuf Tahiri və Rza Abbasi məhkəmə qarşısında...

2021.10.20, 07:36
Rəuf Tahiri və Rza Abbasi məhkəmə qarşısında...

Gunaz.tv

GünAzTv: Azərbaycanlı fəallar, Universitet müəllimi ustad Rəuf Tahiri və azərbaycanlı siyasi məhbusların müdafiə Komitəsinin qurucu heyətinin üzvü Rza Abbasi Zəncan Məhkəməsində hakimin suallarını cavablandırıblar.

 

2010-cu il noyabr ayının 28-də (Azər ayının 7-i) baş tutan məhkəmə prosesində Hakim Əhmədi, Səid Mətinpurun azadlığı üçün dua mərasimində iştirak etməklə milli təhlükəsizliyin əleyhinə fəaliyyət və ictimaiyyəti təşvişə salmağa cəhd göstərməkdə ittiham olduqlarını onlara xatırladıb.

Məhkəmədə Azərbaycanlı fəallardan son müdafiələri istənilib. Artıq dosya Zəncanın İnqilab məhkəməsinə göndərilib.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəallar 2009-cu il dekabr ayının 16-da (Azər ayının 25-i) Səid Mətinpurun azadlığı ilə bağlı dua mərasimində bulunarkən, Təhlükəsizlik Qüvvələri tərəfindən yaxalanıb və 12 gün həbsdə saxlanıldıqdan sonra 20000 dollarlıq (20 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar