SON XƏBƏRLƏR

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutmayacaq

2021.10.20, 07:36
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutmayacaq

Gunaz.tv

GünAzTv: Diplomatik mənbə  bildirir ki, “Birgə bəyanatının yayımlanması göstərir ki, görüşün keçirilməsi ehtimalı sıfırdır” ATƏT-in Astana sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri arasında ehtimal olunan görüş baş tutmayacaq.Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və münaqişə tərəfi olan ölkələrin dövlət başçılarının birgə bəyanatının yayımlanması göstərir ki, görüşün keçirilməsi ehtimalı sıfırdır. Xatırladaq ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərinin əsas məqsədlərindən biri prezidentlərin Astana görüşünü razılaşdırmaq olub. Lakin həmsədrlər səfərin sonunda görüşün olub-olmayacağı barədə jurnalistlərə dəqiq məlumat verməkdən boyun qaçırıblar. Erməni mətbuatında prezident Serj Sərkisyanın Astana sammitində iştirak etməyəcəyi barədə məlumatların yayılması göstərir ki, dövlət başçılarının planlaşdırılan görüşü məhz Serj Sərkisyanın imtinası səbəbilə baş tutmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar