SON XƏBƏRLƏR

Klintondan Qarabağ açıqlaması

2021.10.20, 07:36
Klintondan Qarabağ açıqlaması

Gunaz.tv

GünAzTv: Amerikanın dövlət katibi deyib ki, “Dağlıq Qarabağ münaqişəsi Helsinki prinsipləri və həmsədr ölkələrin dövlət başçılarının Akvilldə bəyan etdiyi 6 prinsip əsasında həll olunmalıdır.”

“Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun müəyyənləşdirdiyi əsas prinsiplər əsasında nizamlanmasına dair səyləri bərpa etmək vacibdir”.

APA-nın Astanaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləri ABŞ-ın (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton ATƏT-in Astana sammitində çıxışı zamanı söyləyib. O qeyd edib ki, münaqişənin nizamlanması zamanı Helsinki prinsiplərinə və ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin dövlət başçılarının iyulun 10-da Akvilldə bəyan etdiyi və Muskokda yenidən təsdiqlədiyi 6 prinsipə əsaslanmaq zəruridir: “Bu prinsiplərdən hansısa birini seçmək olmaz, bu münaqişənin həllinə imkan verməz”. Dövlət katibinin sözlərinə görə, ATƏT məkanında bir sıra münaqişələr həllini tapmamış qalır və ATƏT bu münaqişələrinə həllində böyük rol oynamalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar