SON XƏBƏRLƏR

Tehranla BMT arasında növbəti danışıqlar başlayacaq

2021.10.20, 07:36
Tehranla BMT arasında növbəti danışıqlar başlayacaq

Gunaz.tv

GünAzTv: Təhlükəsizlik Şurası üstə gəl Almaniya ilə İran danışıqları dekabrın 6-da Cenevrədə başlanılmalıdır.

Bu ötən ilin payızından bəri ilk məsləhətləşmələr olacaq.

Gələn həftəki görüşün gündəliyində yalnız bir məsələ olacaq – İranın nüvə proqramı.

Tehran nüvə texnologiyalarının yalnız sülh məqsədləri ilə istifadəsində israrlıdır.

Lakin onun dedikləri dünya ictimaiyyətini qane etmir. Bəziləri belə bir qənaətdədir ki, İran danışıqları uzadaraq nüvə silahı inkişafına vaxt qazanmağa çalışır.

BMT bunu müxtəlif yolla dəqiqləşdirməyə səy göstərir.

 

   

Lakin təşkilat deyir ki, beynəlxalq nüvə agentliyinin müfəttişlərinə İran obyektlərinə giriş imkanı məhdudlaşdırılıb.

Bu səbəbə görə iyun ayında BMT Təhlükəsizlik Şurası İrana qarşı növbəti sanksiyaları təsdiq edib.

Gördüyümüz kimi Cenevrədə danışılacaq mövzular çoxdur.

Tehran danışıqlar ərəfəsində öz mövqeyini artıq bildirib.

İran Prezidenti deyib ki, ölkəsi "ədalətli və qarşılıqlı ehtiram" şəraitində keçirilən danışıqlara hazırdır.

O, İrana qarşı sanksiyalar qoyanların ünvanına xəbərdarlıqla çıxış edib.

“Bizim boynumuza kəndir salmaq istəyənlərin öz boyunlarına kəndir sarılacaq”, - deyib İranın şimalında nitqlə çıxış edən Mahmud Əhmədinejad.BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar