SON XƏBƏRLƏR

ATƏT-in Astana sammiti öz işinə başlayıb

2021.10.20, 07:36
ATƏT-in Astana sammiti öz işinə başlayıb

Gunaz.tv

GünAzTv: Bu gün Qazaxıstanın paytaxtı Astanada son 11 ildə ilk dəfə ATƏT-in sammiti öz işinə başlayıb.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev sammitin keçirildiyi “Müstəqillik” sarayında nümayəndə heyətlərinin rəhbərlərini, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Sammit iştirakçıları birgə foto çəkdiriblər.GünAzTv mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə, Daha sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, sammitə toplaşan dövlət və hökümət başçıları xalqlarının təhlükəsizliyi naminə birgə fəaliyyəti davam etdirmək üçün toplaşıb. O, bu yolun 3 onillik bundan əvvəl (1975) başladığını bildirib. "ATƏT-in yaradılması ilə Avropa təhlükəsizlik prinsipi Vankuverdən Vladivastoka kimi bərqərar oldu.İndi üçüncü mərhələ başlayır, biz təhlükəsizlik və əməkdaşlıqda daha böyük koordinatlarda yeni səviyyəyə - okeandan okeana keçirik. Söhbət dörd okean sərhədində, Atlantik okeandan Sakit okeana və Şimal buzlu okeanından Hind okeanına qədər vahid təhülkəsizlik məkanının yaradılmasından gedir", deyə Nazarbayev qeyd edib.Sammitdə ümumilikdə 56 üzv və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, nümayəndə heyətləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Qazaxıstan XİN-in məlumatına görə, sammitdə 28 dövlət rəhbəri iştirak edir. ATƏT çərçivəsində bundan öncəki yüksək səviyyəli görüş 1999-cu ildə İstanbulda keçirilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar