SON XƏBƏRLƏR

Kərəc xiyabanlarında nümayiş: “HARAY HARAY mən türkəm”. Video Görüntü

2021.10.20, 07:36
Kərəc xiyabanlarında nümayiş: “HARAY HARAY mən türkəm”. Video Görüntü

Gunaz.tv

GünAzTv: Dünən Kərəcin İnqilab stadyomunda (stadion) Təbrizin “Traxtur” futbol taxımı ilə “Saypa” taxımı arasında keçirilən müsabiqə bitdikdən sonra "Traxtur" tərəfdarları Kərəcin xiyabanlarına axışıb və kütləvi nümayiş ediblər.

 

Soydaşlarımız bir neçə qrupa bölünərək Kərəc şəhərinin mərkəzinə tərəf istiqamət alıb və Təhlükəsizlik Qüvvələrini aciz duruma salıblar.

 

Dinc keçən nümayişlərdə bird daha Güney Azərbaycanın milli hüquqları və demokratik tələblər dilə gətirilib.

 

1 saat sürən nümayişdə aşağıdakı şüarları səsləndirilib:

-         Gəlin gedək ağlayaq – Urmu Gölün dolduraq

-         Azərbaycan var olsun – Tutulanlar azad olsun

-         Tehran türkü yatmayıb – Ana dilin atmayıb

-         Kərəc türkü yatmayıb – Ana dilin atmayıb

-         Azərbaycan var olsun – Mətin pur azad olsun

-         Azərbaycan var olsun – Yürüş azad olsun

-         Azərbaycan var olsun – Lətif azad olsun

-         Azərbaycan var olsun – Nəsiri azad olsun

-         Haray Haray mən türkəm

-         Türk dilində mədrəsə - Olmalıdır hər kəsə

-          Və …

 

Bu nümayişlər Azərbaycanın milli marşının oxunması ilə sona çatıb.

 

Nümayişlərdən Video Görüntü:

http://www.4shared.com/video/dvrcAlnW/Traxtur-Saypa_2.html

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar