SON XƏBƏRLƏR

“Traxtur-Saypa” müsabiqəsinin yadda qalan hadisələri - Video Görüntü

2021.10.20, 07:36
“Traxtur-Saypa” müsabiqəsinin yadda qalan hadisələri - Video Görüntü

Gunaz.tv

GünAzTv: Dünən Kərəcin İnqilab stadyomunda (stadion) Təbrizin “Traxtur” futbol taxımı (tim) ilə “Saypa” taxımı arasında keçirilən müsabiqə (1 – 1) nəticəsi ilə yekunlaşıb.

 

Ancaq bu müsabiqə Təbrizin səhənd stadyomunu xatırlatdı. Müsabiqəni 10000 nəfər tamaşaçı izləyib. Bunlardan ancaq 1000 nəfəri “Saypa” tərəfdarı olub, qalanları isə Traxturun Azərbaycanlı tərəfdarları olub.

 

Stadyomda “Yaşasın Azərbaycan”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Biz ölməyə hazırıq – Babəkin sərbazıyıq”, “Azərbaycan yurdumuz – Traxtur bozqurdumuz”, “Azərbaycan diyarımız - Traxtur iftixarımız” və... kimi milli məzmunlu şüarlar səsləndirilib.

 

Təbrizin səhənd stadyomu kimi İnqilab stadyomunda da polis rejiminə oxşar bir təhlükəsizlik tədbiri alınıb. Buna baxmayaraq soydaşlarımız stadyomda var gücləri ilə öz şüarlarını səsləndirə biliblər.

 

Həmçinin soydaşlarımız tərəfindən Urmu Qölünün qurumaqdan nicat verilməsi və Səid Mətinpur, Lətif Həsəni, Yürüş Mehrəlibəyli, Hüseyn Nəsiri və … kimi azərbaycanlı siyasi məhbusların azadlığının tələbi barədə bildirişlər yayılıb.

 

İnqilab stadyomu- Video Görüntü:

http://www.4shared.com/video/Bn1y53Y3/Traxtur-Saypa_1.html

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar