SON XƏBƏRLƏR

İran «Qızıl Aypara»dan casusluq məqsədi ilə yararlanıb

2021.10.20, 07:36
İran «Qızıl Aypara»dan casusluq məqsədi ilə yararlanıb

Gunaz.tv

GünAzTv: Qalmaqallı xəbərləri ilə ad çıxaran «Wikileaks» İran İslam Respublikası ilə bağlı gizlinlərə aid də açıqlama yayıb.

 

Məlumata görə, ikinci Livan –İsrail savaşı zamanı raket qaçaqmalçılığı və kəşifiyyatçıların Livana daxil olması üçün Tehran ölkənin «Qızıl Aypara» Cəmiyyətinin adından istifadə edib.

 

Mənbə bildirib ki, 2008-ci ilin oktyabrından başlayaraq,  İran inqilab keşikçiləri qvardiyasının zabitlərini Livana yerləşdirib. 2006-cı ildə savaş zamanı  isə onlar

 

«Hizbulla» ilə əməkdaşlıq çərçivəsində «Qızıl Aypara» adı altında fəaliyyət göstəriblər. Məlumata əsasən, bu humanitar cəmiyyətin infrastrukturundan Livana silah göndərilməsi üçün də istifadə edilib. «Livana uçan təyyarələrdə dərman pereparatlarının yerinə raketlər gönədirilib»-deyə, «Wikileaks» bildirib.

 

Bununla belə İranı ərəblərin sevmədiyi haqda da məlumatlar yayılıb.Lent.az-ın məlumata görə, Səudiyyə Ərəbistanı ABŞ-dan İrana zərbə endirməsini xahiş edib.

 

Məxfi diplomatik yazışmaların birində yazılıb ki, Səudiyyə Ərəbistanının kralı bu ilanın başının qoparılmasını təklif edir.

 

Digər bir sənəddə isə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir açıq şəkildə Tehranı ciddi təhlükə və şeytan adlandırır. Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar