SON XƏBƏRLƏR

“Traxtur-Saypa” müsabiqəsi bərabər hesabla sona çatdı

2021.10.20, 07:36
“Traxtur-Saypa” müsabiqəsi bərabər hesabla sona çatdı

Gunaz.tv

GünAzTv: bu gün Kərəcin İnqilab stadyomunda (stadion) Təbrizin “Traxtur” futbol taxımı ilə Saypa arasında keçirilən müsabiqə bu dəqiqələrdə bərabər hesabla sona çatdı.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 16-cı həftəsində keçirilən müsabiqə Təbriz vaxtı ilə saat 15:00-də başladı.

 

Oyunun birinci hissəsində “Traxtur” taxımı tərəfindən qarşı taxımın qapısına 1 qol vuruldu.

 

İkinci hissədə isə “Saypa” taxımı tərəfindən “Traxtur”-un qapısına 1 qol vurularaq hesaba bərabərlik gətirildi.

 

Bununlada müsabiqə (1 – 1) nəticəsi ilə yekunlaşdı.

 

Qeyd edək ki, türklərin milli hüquqlar zəminində olan istəkləri sərhəd tanımamaqdadır. Milli məzmunlu şüarlar və demokratik tələblər ancaq Azərbaycanın bir neçə şəhəri ilə məhdudlaşmır.

 

Sözü gedən müsabiqədə minlərlə Azərbaycanlı Kərəcin İnqilab stadyomunu lərzəyə gətirdilər. Onlar “Yaşasın Azərbaycan”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Biz ölməyə hazırıq – Babəkin sərbazıyıq” və... kimi milli məzmunlu şüarlar səsləndirməklə türklərin İranın müxtəlif bölgələrində hansı gücü malik olduğunu bir daha nümayiş etdirdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar