SON XƏBƏRLƏR

Tehranda növbəti terror aktı baş verib

2021.10.20, 07:36
Tehranda növbəti terror aktı baş verib

Gunaz.tv

GünAzTv: Noyabrın 29-da Tehranın “Şəhid Beheşti” Universitetinin iki müəllimi terrora məruz qalıb. Onların biri qətlə yetirilib, biri yaralanıb.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, motosiklet sürən iki nəfər səhər saat 7:45 radələrində “Şəhid Beheşti” Universitetinin yaxınlığında Məcid Şəhriyarinin avtomobilinə bomba yapışdıraraq az sonra onu uzaq məsafədən partladıblar. Ali təhsil ocağının müəllimi yerindəcə həlak olub.

Kimliyi bəlli olmayan silahlı hücumçular az sonra həmin universitetdə nüvə fizikasından dərs deyən Firidun Abbasi Dəvaninin avtomobilinə bomba atıblar. Müəllim və onun xanımı ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Firidun Abbasi Dəvani İran Müdafiə Nazirliyinin lazer üzrə mütəxəssislərindən biridir.

Silahlı hücuma məruz qalan hər iki müəllimin İran İnqilab Keşikçilər Korpusunun (“Sepah”) nəzdində fəaliyyət göstərən “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) Təşkilatının üzvü olduğu vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar