SON XƏBƏRLƏR

Amerikanın İrana qarşı müharibə planı var

2021.10.20, 07:36
Amerikanın İrana qarşı müharibə planı var

Gunaz.tv

GünAzTv: Amerika ordusunun komandanı Maykl Müllen bildirib ki, “Biz bu varianta uzun müddətdir hazırlıq görürük”.

ABŞ (Amerika Birləşmiş Ştatları) Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, admiral Maykl Müllen bəyan edib ki, Pentaqonun İrana qarşı hərbi əməliyyatlar planı var. Bununla belə admiral İranın nüvə məsələsinin diplomatik yolla həllinə üstünlük verdiklərini vurğulayıb.

“Birləşmiş Ştatlara İranın nüvə problemini diplomatik yolla həll etmək cəhdinə realizmlə yanaşmaq lazımdır. Lakin biz müharibə variantına da hazır olmalıyıq” - deyə admiral CNN-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, Pentaqon hərbi varianta kifayət qədər uzun müddətdir ki, hazırlıq görür. Lakin əsas üstünlük dialoqa verilir: “Bizim dialoqa üstünlük verməyimiz mühümdür, lakin bu zaman İranın əməkdaşlığa nə dərəcədə hazır olacağına da reallıqla yanaşırıq. Ona görə də digər varianta da hər an hazır olmalıyıq”.GünAzTv mətbuat mərkəzinin “Yeni musavat”-a istinadən yaydığı məlumata görə, Amerikanın ordu komandanı “Siz İranın nüvə proqramlarının dinc xarakter daşıdığı haqda bəyanatlarına inanırsınızmı” sualına belə cavab verib: “Mən buna heç bir saniyəlik də inanmıram”.M.Müllen əlavə edib ki, o, İranın nüvə fəaliyyətlərinin hansı xarakter daşıdığı barədə Tehranın bəyanatları əsasında deyil, əlində olan kəşfiyyat məlumatlarına əsasən mühakimə yürüdür. Admiral hazırda onun əlində olan kəşfiyyat materiallarının İranın atom silahı əldə etməyə çalışdığını sübut etdiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar