SON XƏBƏRLƏR

İstifadəsinə qadağa qoyulmuş veblaq başqa Serverdən fəaliyyətini dəvam etdirəcək

2021.10.20, 07:36
İstifadəsinə qadağa qoyulmuş veblaq başqa Serverdən fəaliyyətini dəvam etdirəcək

Gunaz.tv

GünAzTv: İran rejiminin qəzəbinə tuş gəlib və istifadəsinə qadağa qoyulmuş veblaqlardan biridə “Hüseyn Nəsirini azad edin”  Veblaqıdır.

 

Adını çəkdiyimiz Veblaqın bir çox yazıları və içəriyi ləğv edildiyi üçün və Veblaqın istifadəsinə qadağa qoyulduğuna görə yeni Veblaq təşkil edilib və bundan sonra Hüseyn Nəsiri barədə geniş məlumatı  www.free-nesiri.blogsky.com  Veblaqından əldə etmək mümkün olacaq.

 

Qeyd edək ki, Nəsiri 2010-cu il aprel ayının 2-də (1389-cu il fərvərdin ayının 13-ü) Urmu Gölünün qurumasına etiraz əlaməti olaraq həyata keçirilən, “Urmu Gölü Yığıncağı”-na  qatılarkən İran Təhlükəsizlik Qüvvələri tərəfindən yaxalanıb və günümüzə qədər həbsdə saxlanılır.

 

Xatırladaq ki, cənab Nəsiri 2007-ci il aprel ayının 26-da (1386-ci il ordibeheşt ayının 6-ı) 22 may milli qiyamın ildönümünə aid bildiriş yaydığı ittihamı ilə yaxalanıb, 81 gün saxlanıldıqdan sonra 30000 dollarlıq (30 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdı.

 

Həmçinin Cənab Nəsiri 2009-cu il dekabr ayının 29-da (1388-ci il dey ayının 8-i) tanınmış milli fəal mərhum Çingiz Bəxtavərin dəfn mərasimində İran təhlükəsizlik Qüvvələri tərəfindən döyülüb və yaralananlardan biri olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar