SON XƏBƏRLƏR

Təbriz universitetinin fəal öyrənciləri tərəfindən növbəti BƏYANAT

2021.10.20, 07:36
Təbriz universitetinin fəal öyrənciləri tərəfindən növbəti BƏYANAT

Gunaz.tv

GünAzTv: Təbriz universitetinin fəal türk öyrənciləri böyük tarxçi-təhqiqatçı mərhum Səməd Sərdariniyanın məzarına edilən hörmətsizliyə qarşı Bəyanat yayıblar.

 

Bəyanatın bir hissəsində deyilir ki, "Azərbaycan türk millətinə aydın gələcəyi vəd edən bütün həqiqətlərin arxasında, tarix, mədəniyyət və milli kimliyimizin arxasında xain fars şovinizminin əlləri yenədə görünməkdədir.

 

Bu dəfədə Azərbaycanlı görkəmli tarixçi alim mərhum Səməd Sərdariniyanın dəyərli xidmətlərinə görə, məzarının üstünə qoyulmuş sinədaşı və onun üzərindəki portretə (şəkil) qarşı edilən hörmətsizliyə rast gəlirik.

 

Kimlik oğruları orta əsirlərə yaraşan bir şəkildə öz nifrətlərini bu vasitə ilə təxliyyə etməyə çalışıblar. Ancaq onlar bilməlidir ki, Qəbirdaşını və portreti qirmaq Azərbaycanlıları daha da oyatmaqdan başqa heç nə deyil. Şübhəsiz bir gün olacaq ki, heç bir kinli düşmən Azərbaycanın milli sərmayəsinə əl uzada bilməyəcək.

 

Biz Təbriz universitetinin Azərbaycan Milli Hərəkat fəalları bu qeyri mədəni əməli şiddətlə qınayıb və bu hərəkəti edənlərin üzə çıxmasını tələb edirik."

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar