SON XƏBƏRLƏR

Makıda tapılan tarixi xəzinəni SEPAH mənimsədi

2021.10.20, 07:36
Makıda tapılan tarixi xəzinəni SEPAH mənimsədi

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Makı şəhərində işçilər tərəfindən kəşf olunan tarixi xəzinə SEPAH (İran İnqilabı Keşikçilər Korpusu) tərəfindən mənimsənib.

 

Bu xəzinəyə Makının 35 kilometrliyində yerləşən məkanda (Arpalıq və Baş Qızılcaqala kəndləri arası) travertən mədənində işləyən işçilər tərəfindən rast gəlinib.

 

GünAzTv mətbuat mərkəzinin “Öyrənci” saytına istinadən yaydığı məlumata görə, İşçilər texnika köməyi ilə dağı qazarkən tarixi antikvarlar (Ətiqə) o cümlədən Kətibələr, cəvahirat, qızıl qablar, qızıl və gümüş heykəlciklər, qədim hərbi sursat və ... kimi qiymətli əşyalar kəşf ediblər.

 

Həmən SEPAH əməkdaşları kəşf olunan qiymətli əşyaları hərbi yük maşınlarına yükləyib və Azərbaycandan çıxardaraq Tehrana daşıyıblar.

 

Xəzinəni kəşf edən işçilər isə SEPAH tərəfindən tutuqlanıb, bir neçə gündən sonra azadlığa buraxılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar