SON XƏBƏRLƏR

Piter Semnebi: İndi danışıqların həssas məqamıdır

2021.10.20, 07:36
Piter Semnebi: İndi danışıqların həssas məqamıdır

Gunaz.tv

GünAzTv: ATƏT-in Astanada keçiriləcək sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində müsbət nəticədən danışmaq olmaz, lakin müşahidə edilən fəallıq ümid üçün əsas verir. Bunu Bakıya səfərə gələn Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. O bildirib ki, fəal surətdə müzakirə edilən məsələlər var və bu, ən azı ümid etməyə əsas verir ki, Astana görüşü nə ilə isə nəticələnəcək. "Mən Astana görüşünə az qalmış danışıqların detallarını müzakirə etmək istəmirəm. İndi danışıqların həssas məqamıdır", - deyə Semnebi bildirib.

Onun sözlərinə görə, danışıqların fəal surətdə aparılması və ATƏT-in Minsk qrupunun cəlb edilməsi fakı o deməkdir ki, "proses yenidən işə düşüb". Piter Semnebi bildirib ki, budəfəki səfərinin məqsədi Azərbaycanda parlament seçkisindən sonra siyasi vəziyyətin öyrənilməsi, hökumət və siyasi qüvvələrin nümayəndələri ilə görüşlərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar