SON XƏBƏRLƏR

Avropa Birliyi Ermənistana dilənçi payı ayırdı

2021.10.20, 07:36
Avropa Birliyi Ermənistana dilənçi payı ayırdı

Gunaz.tv

GünAzTv: İqtisadi tənəzzülün içərisində boğulan Ermənistana növbəti yardım Avropadan gəlib. Avropa Birliyi 3 il ərzində rəsmi İrəvana 32 milyon avro yardım edəcək.

Belə ki, pullar Ermənistan və Avropa Birliyinin nümayəndəliyi arasında dövlət orqanlarının inkişafı layihəsi ilə bağlı memorandumun imzalanması nəticəsində ermənilərə veriləcək. Proqrama görə, Ermənistan 2011-2013-cü illərdə Avropa Birliyindən 32 milyon avro vəsait alacaq.

 

GünAzTv mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata əsasən,  Ermənistanın İqtisadiyyat Nazirliyi isə verilən pullara görə öz minnətdarlığını bildirb. Dilənçilik peşəsinin müasir formasını özündə ehtiva edən rəsmi İrəvan verilən pulları guya mövcud olmayan ədalət mühakiməsi, azadlıq və təhlükəsizlik sahələrinə dəstəyi istiqamətində görüləcək işlərə xərcələyəcək. Ermənistanda hakim strukturda əyləşən oliqarxların əlinə keçəndən sonra pulların sonrakı həyatı barəsində danışmağa dəyməz.

Qeyd edək ki, layihə Assosiativ sazişin və azad ticarətlə bağlı sənədin imzalanması prosesinə cəlb olunacaq dövlət orqanlarına, eləcə də viza rejiminin sadələşdirilməsi barədə sazişin imzalanmasına yardımı nəzərdə tutur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar