SON XƏBƏRLƏR

Kanadada Nümayiş: “Urmu Gölünü qurtarın”

2021.10.20, 07:36
Kanadada Nümayiş: “Urmu Gölünü qurtarın”

Gunaz.tv

GünAzTv: Kanadanın qərbində bir qrup siyasi-ictimai fəal Urmu Gölünü qurumaqdan nicat vermək məqsədi ilə nümayiş həyata keçiriblər.

 

Keçən bazar günü (noyabr ayının 21-i , Abanın 30-u) Kanadanın Vankuver şəhərində keçirilən nümayişdə Beynəlxalq Təşkilatlar və İran Dövlətinin bu faciəyə diqqətini çəkməyə malışılıb.

 

Nümayişçılər “Urmu Gölünü qurtaraq” adı altında keçirdikləri nümayişdə “Urmu Gölünün sizə ehtiyacı var”, “Göl ya Kəvir?!”, “Həmən işə başlayın”, “Urmu Gölü susuzdur”  kimi şüarlarla öz nümayişlərini dəvam etdiriblər.

 

Xatırladaq ki, Güney Azərbaycanın Urmu Gölü qurumaq təhlükəsi ilə üz-üzədir. Mütəxəssislərin fikricə belə gedərsə Göl 3 il sonra quruyacaq. Günümüzə qədər İran Dövləti nəinki bu zəmində ciddi tədbir almayıb, hətta Gölə tökülən bir neçə çayın istiqamətini dəyişib və buda qeyd etdiyimiz Göl üçün faciəvi bir hadisə sayılır.

 

Hazırda Gölün quruması onun sahillərində, suyun duz faizinin artmasında bariz şəkildə müşahidə olunmaqdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar