SON XƏBƏRLƏR

ETTELAAT-dan türk kimliyinə qarşı növbəti təzyiq

2021.10.20, 07:36
ETTELAAT-dan türk kimliyinə qarşı növbəti təzyiq

Gunaz.tv

GünAzTv: Şəbistər şəhəri ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) Əmakin bölməsinin əməkdaşları türk kimliyinə qarşı var gücləri ilə tədbir almaqdadırlar.

 

Növbəti təzyiqə Güney Azərbaycanın Şəbistər şəhərində rast gəlinib. Məmurlar yas mərasimləri ilə bağlı türk dilində yayılan bildirişləri, divarlar üzərindən toplayıblar. Bu barədə yas sahiblərinə ciddi xəbərdarlıq da edilib.

 

Həmçinin türk adı daşıyan mağazaların sahiblərinə də ciddi xəbərdarlıq edilib. Mağazaçılara deyilib ki, iş yerlərinin adını dəyişməsələr onların mağazası qapadılacaq.

 

 Xatırladaq ki, son zamanlarda özünü türk simvolları və kimliyi ilə bəyan edən şirkətlər və fiziki şəxslərə təzyiq artmaqdadır. Yeni vüsət alan təzyiqlərlə bağlı keçmiş xəbərlərimizdə geniş məlumat yaymışıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar