SON XƏBƏRLƏR

Həsənzadə və Dadgər barəsində çıxarılan məhkəmə hökmü təsdiqlənib

2021.10.20, 07:36
Həsənzadə və Dadgər barəsində çıxarılan məhkəmə hökmü təsdiqlənib

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin “Təbriz Səsi”-nə istinadən yaydığı məlumata görə, Şərqi Azərbaycan Vilayətinin Apelyasiya Məhkəməsi (Dadqah-i Təcdide Nəzər) daha iki  azərbaycanlı fəal barəsində çıxarılan məhkəmə hökmünü təsdiqləyib.

 

Hamid Həsənzadə haqqında çıxarılamış 6 ay həbs və şərti olaraq 4 il müddətinə 30 zərbə şallaq həmçinin Bərat Dadgər barəsində çıxarılmış 91 gün həbs və 2 il müddətinə şərti olaraq 30 zərbə şallaq qərarı Apelyasiya Məhkəməsi tərəfindən öz təsdiqini tapıb.

 

Artıq adını çəkdiyimiz azərbaycanlı fəallar Təbriz zindanına çağrılıb və onlar hökmünün şərti müddəti başlayıb.

 

Xatırladaq ki, yuxarıda adlarını qeyd etdiyimiz azərbaycanlı fəallar keçən il prezident seçkiləri ərəfəsində Təbrizin “Bağ-i Şimal” stadyomunda (stadion) milli təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdılar.

 

Onlar Ana dili barədə şüar səsləndirmək, milli tələblər və Xatəminin irqçı sayağı lətifə deməsinə etiraz etməklə ümumi asayişi pozmaqda suçlanırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar