SON XƏBƏRLƏR

Cahanbəxş və Bəxtavər barəsində çıxarılan məhkəmə hökmü təsdiqlənib

2021.10.20, 07:36
Cahanbəxş və Bəxtavər barəsində çıxarılan məhkəmə hökmü təsdiqlənib

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin “Təbriz Səsi”-nə istinadən yaydığı məlumata görə, Azərbaycanlı fəallar Cahanbəxş və Nadir Bəxtavər barəsində çıxarılan məhkəmə qərarı Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənib.

 

Şərqi Azərbaycan Vilayətinin Apelyasiya Məhkəməsi adını çəkdiyimiz Azərbaycanlı fəalların 91 gün həbs və 30 zərbə şərti şallaq (qamçı) hökmünə dair qərarı təsdiq edib. Artıq Azərbaycanlı fəallar Təbriz zindanına çağrılıb və təsdiqlənmiş hökm elan edilib.

 

Adını çəkdiyimiz fəallar Ana dili barədə şüar səsləndirmək, milli tələblər və Xatəminin irqçı sayağı lətifə deməsinə etiraz etməklə ümumi asayişi pozmaqda günahlandırılırlar.

 

Xatırladaq ki, yuxarıda adlarını qeyd etdiyimiz azərbaycanlı fəallar keçən il prezident seçkiləri ərəfəsində Təbrizin “Bağ-i Şimal” stadyomunda (stadion) milli təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və 9 gün həbsdə saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar