SON XƏBƏRLƏR

İran Vəziyyətdən çıxmaq üçün nəzərlərini Azərbaycana dikib

2021.10.20, 07:36
İran Vəziyyətdən çıxmaq üçün nəzərlərini Azərbaycana dikib

Gunaz.tv

GünAzTv: İran Azərbaycan və ABŞ (Amerika Birləşmiş Ştatları) arasındakı ziddiyyətlərdən istifadə edərək beynəlxalq izolyasiyadan çıxmaq istəyir.

Bunun müqabilində İran Qarabağ nizamlanmasına yardım göstərməyi təklif edir. Lakin Tehranın səmimiliyi şübhə doğurur.

 

Bu fikirləri "Şərq-Qərb" Mərkəzinin rəhbəri Ərəstun Oruclu İranın Bakıdakı səfiri Məmmədbağır Bəhraminin srağagünkü mətbuat konfransını "Turan"a şərh edərkən söyləyib. Belə ki, səfir Tehranın Qarabağ nizamlanmasına yardım göstərməyə hazır olduğunu, bu prosesə "regiondankənar qüvvələrin" müdaxiləsinin yolverilməz olduğunu bildirib.  İran paytaxtında İİR, Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşünün keçirilməsi barədə Tehranın təşəbbüslərinə toxunan Oruclu deyib ki, bu təklifin arxasında həm də Tehranın qonşuların köməyilə beynəlxalq izolyasiyadan çıxmaq istəyi durur. Lakin Azərbaycan buna getməməlidir, çünki Qarabağ probleminin həllində Tehranın dəstəyini gözləməyə dəyməz.

 

"Buna sübut kimi İran prezidenti Mahmud Əhmədinejadın bu yaxınlarda Bakıdakı mətbuat konfransını göstərmək olar. O, jurnalistlərin təkidli suallarına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqda danışmadı" - Oruclu bildirib.  Azərbaycan vətəndaşları üçün viza müddətinin 15 gündən 1 ayadək uzadılması ilə bağlı İranın qərarına gəlincə, ekspertin fikrincə, bu qərarı yenidən qiymətləndirməyə dəyməz. Bakı xəbər

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar