İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
GünAzTv: İranın Azərbaycan Respublikasındakı səfiri Məhəmmədbağır Bəhrami keçirdiyi mətbuat konfransında növbəti dəfə üstüörtülü açıqlamalar verməklə rəsmi Tehranı müxtəlif məsələlərdə sığortalamağa cəhd göstərdi.
Səfir əvvəlcə Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı bir neçə fikir söylədi. Dedi ki, regionun düşmənləri Qarabağ münaqişəsinin həll olunmasını istəmir. Səfir deyib ki, İran Əfqanıstanda, İraqda sülhün və sabitliyin bərpası üçün çalışdığı kimi, Qarabağda da münaqişənin tezliklə həll olunmasını istəyir: "İran Azərbaycanın ərazi bütövlüyünü əvvəlcədən tanıyıb, bütün beynəlxalq arenalarda Azərbaycanın haqq işini hər zaman dəstəkləyib". Düzdür, İran sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də əməldə Ermənistanın maraqlarını müdafiə edən hər bir vasitədən yararlanıb. Güney Azərbaycan Konqresinin sədri Abdulla Amir Haşimi bildirdi ki, İran həmişə Qarabağ məsələsində Ermənistanın tərəfini tutub. Abulla Əmir Haşimi onu da qeyd etdi ki, İranın Ermənistana hərbi-iqtisadi köməyini, rəsmi Tehranın ümumiyyətlə, anti-Azərbaycan siyasətini və pərdə arxasında Azərbaycanı zəiflətməyə cizdiyi planları nəzərə alsaq, bu münasibətlərin praktikada İranın düşmən mövqedə olduğu aşkarlanar: "Dağlıq Qarabağ münaqişəsinin həllini istəməyən dövlətlərdən biri də İrandır. İndi İran hansı regionun düşmən dövlətindən danışır?" Həmsöhbətimiz ABŞ-İran, ABŞ-Azərbaycan münasibətlərinə də toxundu. O bildirdi ki, Azərbaycan rəsmiləri NATO baş katibi ilə görüşürlər və NATO-nun proqramlarında iştirak edirlər. Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər genişləndirilir, onlar beynəlxalq antiterror əməliyyatlarında birgə fəaliyyət göstərərək, energetika sahəsində də əməkdaşlıq edirlər: "Təbii ki, bunlar, İranı qıcıqlandırır və fikirləşə bilər ki, Azərbaycan tutduğu stabil, neytral mövqeyini dəyişib, nüvə məsələsində ABŞ ilə eyni mövqedə olsun. Bizcə Azərbaycan regionda sülh, stabillik, iqtisadi əməkdaşlıq və inkişaf, mədəni çiçəklənmə və sosial rifahın yüksəlişinin tərəfdarıdır. İran isə regiona hərbi müdaxilə, müharibə, gərginlik, müstəmləkəçilik, səfalət və fanatizm, nüvə silahı kimi təhlükəli siyasətin tərəfdarıdır". İranın İraq və Əfqanıstanda sülh tərəfdarı kimi çıxış etməsi fikrinə gəldikdə isə Abdulla Amir Haşimi dedi ki, sülhsevən dövlət heç vaxt terrorçu şəbəkələri himayə etməz. Politoloq Leyla Əliyeva da səfirin nəyə işarə vurduğunu anlamadığını dedi: "İran rəsmiləri diplomatiya sahəsində özlərini elə aparırlar ki, guya heç nədən xəbərləri yoxdur. Elə ifadələr işlədirlər ki, onların nə demək istədiklərini çətin anlamaq olur. Amma reallıq və fakt tamilə başqa şeylər deyir". İranın səfiri üstüörtülü şəkildə Xəzərin statusu məsələsinə də toxunub. Onu da qeyd edək ki, İran XİN rəhbərinin müavini Məhəmməd Mehdi Axundzadə "Press TV" dövlət kanalında açıqlamasında bildirib ki, Tehran bir sıra sahilyanı dövlətlər tərəfindən ikitərəfli səviyyədə imzalanmış Xəzərin dibinin ayrılması barədə sazişi qəbul etmir: "İranın prinsipial mövqeyi ondan ibarətdir ki, Xəzərin gələcək hüquqi statusuna dair hər hansı saziş konsensus və ədalətə əsaslanmalıdır. İran Xəzərə dair Azərbaycan, Rusiya və Türkmənistan arasında imzalanmış sazişi qəbul etmir". Mehdi Axundzadə deyib ki, İranın Xəzərdəki payını 20 və ya 40 faizlə məhdudlaşdırmaq lazım deyil:"Sahilyanı dövlətlər arasında danışıqlar (Xəzərin hüquqi statusuna dair) 1921-ci və 1940-cı illərdə imzalanmış (Moskva və Tehran arasında) iki sazişə əsaslanacaq. Xəzərin hüquqi statusuna dair yekun sənədi İran təsdiqlənməlidir". Politoloq Leyla Əliyeva dedi ki, İran Bakıda keçirilən Xəzər sammitində bitərəfli mövqe nümayiş sərgilədi: "Region dedikdə, bəlkə səfir Azərbaycanı Avropanın tərkib hissəsi kimi gördüyündən işarəni ABŞ və İsrailə edir. Mənə elə gəlir ki, səfir regionda bu iki ölkənin marağını nəzərədə tutur. O heç bir kənar dövləti Xəzərin statusu məsələsinin həllinə qarışmağı qoymur. Amma bütün bu məsələləri özü qarışdırır. Tehran başa düşməlidir ki, beynəlxalq sanksiyalarla üzləşib. Əgər rəsmi Bakı da bu sanksiyalara qoşularsa onda İranın vəziyyəti daha da ağırlaşa bilər". Səfir yaxın zamanlarda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini də deyib. Səfir bildirib ki, İran dövlət başçısı Mahmud Əhmədinejadın Bakıya səfəri zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Manuçöhr Mottaki arasında Tehranda belə bir görüşün keçirilməsi barədə razılıq əldə edilib. Nazirlər arasında hansı məsələlərin müzakirə ediləcəyi ilə bağlı isə heç bir açıqlama verilməyib. Ancaq çox güman ki, rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin həllində yenidən öz vasitəçilik təklifini etsin. Politoloq Leyla Əliyeva isə bunun mümkünsüzlüyündən danışdı: "Birincisi, Minsk qrupunda ABŞ var. Rəsmi Vaşinqton heç vaxt İranın vasitəçilik təklifini qəbul etməz. İkincisi də, İran bir neçə dəfə bu təşəbbüsdə olub. Söhbət 1991-92-ci illərdən gedir. Danışıqlar vaxtı Ermənistan Azərbaycana qarşı daha çox aqressivləşmişdi". Politoloq onu da əlavə etdi ki, İran belə təşbüssələrdən çıxış etməkdənsə, daxili və xarici siyasətindəki məsələləri yoluna qoysa, yaxşı olardı. Xalq cəbhəsi
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko