SON XƏBƏRLƏR

Daha bir saytımızın istifadəsinə qadağa qoyuldu

2021.10.20, 07:36
Daha bir saytımızın istifadəsinə qadağa qoyuldu

Gunaz.tv

GünAzTv: İran rejiminin Güney Azərbaycanın xəbərlərini çatdıran kütləvi informasiya vasitələrinə təzyiqi sərhəd tanımır.

 

Bu dəfədə Ərk Qalası saytının istifadəsinə qadağa qoyulub (Filtr edilib).

 

İslam Respublikası qurulan gündən bəri ölkə məsulları xalqı həm ölkə vəziyyətindən və həmdə dünyada baş verənlərdən uzaq tutmağa çalışıb. İdeoloqların izolasyonizm prinsipi,  Rejimi mediaya qarşı amansız bir mövqədə saxlayıb.

 

Buna baxmayaraq yəqin ki İran rejiminin bu cəhdi qlaballaşan dünyada, internetin hökm sürdüyü bir zamanda suyun üzündəki köpüyə pənah gətirməkdən başqa heç nə deyil.

 

İnanırıq ki, Ərk Qalası saytıda digər milli saytlarımız kimi var gücü ilə öz fəaliyyətinə dəvam etdirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar