SON XƏBƏRLƏR

Fatimə Nəsirpurun barəsində çıxarılan həbs qərarı təsdiqləndi

2021.10.20, 07:36
Fatimə Nəsirpurun barəsində çıxarılan həbs qərarı təsdiqləndi

Gunaz.tv

GünAzTv: Azərbaycanlı xanım Fatimə Nəsirpur barədə çıxarılan məhkəmə hökmünə etiraz edildiyi üçün, onun dosyası Apelyasiya Məhkəməsinə (Dadqah-i Təcdide Nəzər) göndərilmişdi.

 

Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi adını çəkdiyimiz öyrənci fəal haqqında çıxarılan 6 ay həbs qərarını təsdiqləyib.

 

Qeyd edək ki, “Azərbaycan Qadını” Öyrənci dərgisinin məsulu Fatimə Nəsirpur, Təbriz Azad Universitetinin öyrənci icması “Arman”ın özəl sayı dərgisinin “Azərbaycan Qadını” adı altında çap etməklə millətçilik, bölücülük və sistemin əleyhinə təbliğdə günahlandırılıb.

 

Xatırladaq ki, Təhlükəsizlik Qüvvələri 2010-cu ilin mart ayında (1388-ci ilin isfənd ayı) Mərənd şəhərinin Mətbəələrinin (Çapxana) birinə daxil edib, adını çəkdiyimiz öyrənci dərgisini qapadıb və öyrənci fəal Fatimə Nəsirpuru tutuqlamışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar