SON XƏBƏRLƏR

Türkiyə Cumhuriyyətinin tarixində ilk HADİSƏ...

2021.10.20, 07:36
Türkiyə Cumhuriyyətinin tarixində ilk HADİSƏ...

Gunaz.tv

GünAzTv: Türkiyədə 3 general “Balyoz” istintaqı çərçivəsində tutduqları vəzifədən azad edilib. Belə bir fakt Türkiyə Cumhuriyyəti tarixində ilk hadisədir.

Jandarm general-mayoru Halil Helvacıoğlu Daxili işlər naziri Beşir Atalayın, general-mayor Gürbüz Qaya və Abdullah Gavremoğlu isə Müdafiə naziri Vecdi Könülün təlimatı ilə tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Hərbçilər hərbi ali inzibati məhkəməyə müraciət edərək barələrində verilmiş bu qərarın icrasının dayandırılması və ləğv olunmasını tələb ediblər. Məhkəmə isə hərbçilərin müraciətini müzakirə olunmaq üçün hərbi prokurorluğa göndərib.

Qeyd edək ki, ordu generallarının hökumət qərarı ilə işdən çıxarılması Türkiyə Cumhuriyyəti tarixində ilk hadisədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar