SON XƏBƏRLƏR

Baş nazir Ərdoğana “İlin Lideri” mükafatı verildi

2021.10.20, 07:36
Baş nazir Ərdoğana “İlin Lideri” mükafatı verildi

Gunaz.tv

GünAzTv: Livana (Lübnan)səfər edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu ölkənin baş naziri Saad Həriri ilə görüşüb.

Görüşdə iki ölkə arasında sərbəst ticarət anlaşması və strateji əməkdaşlıq şurasının yaradılmasına dair birgə siyasi bəyannamə imzalanıb.

GünAzTv mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Ərdoğan Həriri ilə birlikdə keçirdiyi mətbuat konfransında Türkiyənin Livanın hüzur, sabitlik və rihafə üçün böyük gözlənti içərisində olduğunu söyləyib və qarşılaşdığı diqqətdən məmnun olduğunu bildirib.

Baş nazir yenidən gərginləşən Suriya-Livan əlaqələri ilə bağlı açıqlamasında isə Türkiyənin iki ölkə arasındakı şübhəli baxışların ortadan qaldırılmasının və etimadən bərqərar olmasının vacibliyini vurğulayıb.

Livanın baş naziri Ərdoğanın səfərinin həm iki ölkə əlaqələri, həm də bölgə baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

Baş nazir Ərdoğan bu gün isə Livanda keçirilən bir törənlə Ərəb Banklar Birliyinin verdiyi "İlin lideri" mükafatını alıb. Törəndə çıxış edən ərdoğan türk və ərəb xalqlarının yaxınlaşmasını tənqid edənlərin pis niyyətli olduğunu söyləyib.

Avropa Birliyi ilə müzakirə prosesinin davam etdiyini xatırladan Ərdoğan bu vəziyyətin Türkiyənin arxasını Yaxın Şərqə çevirməsi mənasına gəlmədiyini bildirib.

Baş nazir İsrailə sərt mesajlarını davam etdirərək "qadın uşaq ayrı-seçkiliyi etmədən davam edən qətliamlar qarşısında bizdən kimsə susmamızı gözləməsin" deyib. "Yaxın Şərqdə dövlət terroru deyil, sülh hökmranlıq etsin, uşaqlar öldürülməsin" cümlələrini quran baş nazir raket müdafiə sistemləri ilə bağlı Yaxın Şərqdəki dost ölkələrlə davamlı məsləhətləşmə içərisində olduqlarını deyib. Ərdoğan Türkiyənin həm öz mənafelərini, həm də qonşu və dost ölkələrin mənafelərini düşündüyünü vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar