SON XƏBƏRLƏR

Almaniya İranın nüvə fəaliyyəti ilə bağlı kəskin narahatlığını bildirib

2021.10.20, 07:36
Almaniya İranın nüvə fəaliyyəti ilə bağlı kəskin narahatlığını bildirib

Gunaz.tv

GünAzTv: Almaniyanın xarici işlər naziri Gido Vestervelle ölkə parlamentində danışaraq İranın nüvə proqramını kəskin tənqid edib.

 

Vestervellenin çıxışı Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amanonun BMT Təhlükəsizlik Şurasına İranın nüvə fəaliyyətinin mahiyyəti ilə bağlı son hesabatından bir gün sonraya təsadüf edib. Hesabatda agentliyin İranın nüvə fəaliyyətinin hərbi xarakter daşıya bilməsinin mümkünlüyü barədə narahatlıq keçirdiyi vurğulanır.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Vestervelle deyib: “Dünya İranın nüvə silahına yiyələnməsinə icazə verməyəcək. Beynəlxalq aləm bunu istəmir. Nüvə silahına yiyələnmiş ölkələrin sayının artırılması dünyada sabitliyin və əmin-amanlığın pozulmasına gətirib çıxarar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar