SON XƏBƏRLƏR

Azərbaycanlı fəalların Tikantəpə şəhərindəki cəhdləri nəticə verdi

2021.10.20, 07:36
Azərbaycanlı fəalların Tikantəpə şəhərindəki cəhdləri nəticə verdi

Gunaz.tv

GünAzTv: Güney Azərbaycan Tikantəpə şəhərinin müxtarları (İslami Şura) arasında nüfuz edən radikal kürdlərin mərkrli təhrifi aradan qaldırıldı.

 

Bir müddət öncə Tikantəpə şəhərinin muxtarlarına aid saytda Əfşar (ovşar) məntəqəsinin tarixi təhrif edilmişdi.

 

Saytda Əfşar məntəqəsinin əsas dili qurmanc kürdcəsi və Türklər isə mühacir etnik kimi göstərilmişdi.

 

Millətimizin müxtəlif təbəqələri bu təhrifləri böyük etirazla qarşıladılar. Müxtəlif formalarda gündəmə gələn etirazların nəticəsində adını çəkdiyimiz saytın məsulları öz səhvini anlayıb və nəhayət o yazıları saytdan ləğv ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar