SON XƏBƏRLƏR

Radikal ermənilərin Təbrizdəki hərəkətlərinə qarşı Türk öyrəncilərindən sərt CAVAB

2021.10.20, 07:36
Radikal ermənilərin Təbrizdəki hərəkətlərinə qarşı Türk öyrəncilərindən sərt CAVAB

Gunaz.tv

GünAzTv: Bir qrup türk öyrəncisi Təbrizin Şahnaz xiyabanında bir neçə faşist erməninin yerli əhaliyə qarşı meydan oxumaları barədə Bəyanat yayıblar.

 

Bəyanatda qısa olaraq deyilir:

 

“Fars şovinizmi 100 ilə yaxındır ki, rus və erməni faşizminin yardımı ilə Azərbaycan türk millətini məhv edib və tarixdən silməyə çalışıb.

 

Bu anti Azərbaycan mövqeyi Rza şah, onun oğlu Məhəmmədrza şah və indiki islam adı altında gizlənən hakimiyyətin dönəmində də var gücü ilə dəvam etməkdədir.

 

Bir müddət öncə özünü İran parlamentinin sədri adlandıran Laricani fars milləti ilə erməni millətini iki qardaş millət adlandırıb. O iki millətin dilləri arasında 250 dənə ortaq sözün olmasını qardaşlıq üçün əsas yaratdığını bildirib.

 

Artıq iş o yerə gəlib ki, erməni daşnakları fars şovinistlərinin yardımı ilə Təbrizdə böyük qələtə mürtəkib olublar.

 

Həmçinin onlar xristianlıq dini altında ermənistan və daşnakların ideyalarını təbliğ edir və 300 nəfər sadə vətəndaşımızı guya öz dinlərinə (əslində Ermənistan və daşnakların ideyasına yönəldiblər) cəzb ediblər.

 

Hazırda, Təbrizdə ermənilərin mağazalarında işğalçı Ermənistanın bayrağı dalğalanır və gənclərə pulsuz şəkildə verilir. Erməni və daşnakların futbolkaları (tişert) əldə olunan qiymətə satılır.

 

Halbuki Azərbaycan gəncləri sevdikləri “Traxtur” futbol komandasının futbolkasını geyib və stadyomda (stadion) öz komandasını təşviq edərsə, onlar həmən yaxalanır, həbsə atılır və işgəncə olunurlar.

 

Azərbaycan türk milləti, görəsən bizə nə olub?! yəqin ki biz yer üzündə yaşamış türk ellərinin ən zəlil və məğlubuyuq?!

 

Elə zamanlar var idi ki, bizim savaşçı əcdadımızın atları səhrada kişnərkən düşmən qorxudan can verərdi! Ancaq indi bir neçə əxlaqsız erməni qızı Təbrizli gəncləri təhqir edir. Onlara “eşşək türk”, “Yaxşı ki sizin qadınlara Qarabağda təcavüz etdik” deyə təhqir yağdırırlar.

 

Görəsən biz türkük?! bəs bizimlə Babək, Koroğlu, Alpərtunqa, Ərtuğrul, Sattarxan, Baqirxan və ...nin nə əlaqəsi var?! belə gedərsə o böyük kişilərin qarşısında utanmayacayıqmı?!

 

Sözümüz qeyrətli türk gənclərinədir. İndiki İran İslam Cümhuriyyətinin dəvamı Dağlıq Qarabağın işğalından və azərbaycanlı türkləri öldürməkdən asılıdır, biz artıq yenidən düşünməliyik. Demək ki, özümüzə gəlib haqqımızı şovinizmin boğazından çıxarmalıyıq və müsəlman Azərbaycanı fars və erməni şovinistlərindən qurtarmalıyıq.

 

-Ölüm olsun faşizmə

-Ya Qarabağ ya ölüm

-Ölüm olsun Daşnaka

-Ölüm olsun fars faşizminə”

 

Xatırladaq ki, noyabrın 17-ı (Abanın 26-ı) yerli vaxtla saat 1900-da Təbrizin yerli gəncləri ilə ermənilər arasında söz döyüşü baş vermişdi. Milli Sərdar Sattarxanın şəhid olduğu tarixin 96-cı ildönümü ilə bağlı Təbrizin Şəhnaz xiyabanında  keçirilən yığıncaqda soydaşlarımızla ermənilər arasında yaranan ləfzi çatışma kütləvi nümayişə səbəb olub. Nümayişdə ən azı min nəfər soydaşımız iştirak etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar