SON XƏBƏRLƏR

İdançı qız ərə getməsə onun mükafatı verilməyəcək

2021.10.20, 07:36
İdançı qız ərə getməsə onun mükafatı verilməyəcək

Gunaz.tv

GünAzTv: Çində keçirilmiş Asiya oyunlarında uşu üzrə qızıl medal qazanan 22 yaşlı idmançı qız Xədicə Azadpur noyabrın 23-də jurnalistlərə açıqlamasında İran Bədən Tərbiyəsi Təşkilatının vədinə əməl etmədiyini bildirib.

İran Bədən Tərbiyəsi Təşkilatının rəhbəri, prezident Mahmud Əhmədinejadın müavini Əli Səidlu Çində qızıl medal qazanacaq iranlı idmançıları qayıdanbaş aeroportdaca mükafatlandıracaqlarını vəd etmişdi: “Asiya yarışlarında qızıl medal qazanan idmançılara Tehran aeroportunda təmirli yeni mənzillərin açarı və sənədi veriləcək”.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  Xədicə Azadpur deyib ki, İran Bədən Tərbiyəsi Təşkilatı indi onu mükafatlandırmaq üçün qarşısına qəribə şərt qoyub: “Deyirlər ki, yalnız ərə getdiyin təqdirdə sənə mənzil veriləcək. Belə davranış, idmançılara söz verib vədinə əməl etməmək onların əhval-ruhiyyəsini və növbəti yarışlara həvəsini azaldır.

Mənimlə eyni çəkidə olan bir qətərli idmançı qıza üçüncü yeri tutmasına baxmayaraq ilkin hədiyyə olaraq 40 min dollar pul verdilər. Ona öz ölkəsinə qayıtdıqdan sonra vəd edilmiş digər mükafatları hələ demirəm. Ümid edirəm ki, rəsmilərimiz bu məsələni araşdıracaq. Hazırda mən kirayədə qalıram”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar