SON XƏBƏRLƏR

Bu dəfə möcüzə olmadı

2021.10.20, 07:36
Bu dəfə möcüzə olmadı

Gunaz.tv

GübAzTv: Yeni Zelandiyada elan edilib ki, son beş gün ərzində yerin altında ilişib qalmış şaxtaçıların hamısı həlak olub.

Polis rəsmiləri xəbər veriblər ki, bü gün Saut Aylenddə (South Island) Qreymaut (Greymouth) yaxınlığındakı şaxtada sayca ikinci güclü partlayışın baş verməsindən sonra şaxtaçıların sağ-salamat tapılacağına dair ümidlər qalmayıb.

 

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Yeni Zelandiyanın baş naziri Con Key (John Key) ölkə əhalisinin matəm içində olduğunu deyib.

 

Bundan əvvəl o, əhalini şaxtaçılar barədə ən bədbin xəbərə hazır olmağa çağırmışdı.

Baş nazir Con Key baş vermiş faciənin səbəblərini müəyyən etmək üçün geniş istintaqın aparılacağını bildirib.

Yeni Zelandiya vətəndaşlarından başqa ölənlərin arasında avstraliyalılar və iki nəfər britaniyalı da var.

 

 

 

 

   

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar