SON XƏBƏRLƏR

Azərbaycan komandalarının tərəfdarları həbs edilib

2021.10.20, 07:36
Azərbaycan komandalarının tərəfdarları həbs edilib

Gunaz.tv

GünAzTv: Təbrizin “Şəhrdari” futbol komandasının bir neçə tərəfdarı noyabr ayının 12-də (Abanın 21-i) İran Təhlükəsizlik Qüvvələri tərəfindən yaxalanıblar.

 

Təbrizin səhənd stadyomunda (stadion) “Şəhrdari-Pas” müsabiqəsi zamanı yaxalanan soydaşlarımız dünən noyabr ayının 23-də (Azər ayının 2-i) Məhkəmə tərəfindən Təbriz zindanının karantin bölməsinə yollanılıblar.

 

GünAzTv mətbuat mərkəzinin “Təbriz səsi”-nə istinadən yaydığı məlumata görə, Məhəmmədhüseyn Fəthi, Fəramərz Cəbrəili, Əmir Nasiri və Hadi İmanzadə vəsiqə qarşılığında azadlığa buraxılıblar.

 

Ancaq Vəhid Təqəvi, Nasir (Təqəvinin xalası oğlu), Yusif Əzimi və Əmir (Marağalıdır) mülki vəsiqə təqdim edə bilmədikləri üçün Təbriz zinndanında qalmalı olublar.

 

Xatırladaq ki, yaxalanıb və azad edilən soydaşlarımız 5 dəfə Təbrizdə keçirilən müsabiqələri izləyə bilməyəcəklər. Onlar müsabiqə keçiriləcəyi gün Əxlaqi Təhlükəsizlik İdarəsinə müraciət edib və futbol müsabiqəsində tamaşaçılar qismində iştirak etmədiklərini bildirməlidirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar