SON XƏBƏRLƏR

İranlı diplomat Küveytdə «iylənmiş ət»dən də danışıb?

2021.10.20, 07:36
İranlı diplomat Küveytdə «iylənmiş ət»dən də danışıb?

Gunaz.tv

GünAzTv: İran Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Ramin Mehmanpərəstin başçılığı ilə bir qrup ötən gün  Küveytə  səfər edib.

Üçgünlük səfər çərçivəsində tərəflər iki dövlət arasında əməkdaşlığın genişləndirilməsi yollarından danışıblar. R.Mehmanpərəsti bu səfərdə İran Xaricii İşlər Naziriliyinin mütəxəssisəlri, jurnalistlər müşahidə edirlər.

İranlı diplomat təmsil etdiyi qurumun başçısının ismarıcını Küveyti məmurlarına çatdırıb.

Onu da qeyd edək ki, hazırda Küveyt rotasiya qadyası ilə Körfəzin Ərəb Dövlətləri Əməkdaşlığı Şurasına başçısıdır.   

Yeri gəlmişkə bu iki ölkə arasında öətn həftə qalmaqlallı olay baş verib. Ehtimal olunur ki, iranlı nümayəndələrə bu haqda da məlumat verilib

Bu ərəb ölkəsində çıxan «əl-Şahid» həftəlik qəzetin yazdığına görə, İslam Respublikasından Küveytə iri həcmdə iylənmiş ət gəirilib.

Suriyanın vasitəçi – şirkəti Küveytə 65 ton camış əti tədarük edib. Ət baytar yoxlamasından keçəndən sonra bəlli olub ki, «insanın qidalanması üçün yarasızdır».Bununla belə suriyallılar həmin əti dükan və mağazalara paylayıb.

Küveytin Dövlət Xidmət Nazirliyi məsələyə müdaxilə edərək, «paytaxt əl-Küveyt bələdiyyəsinin bəzi işçiləri suriyalı məsuliyyətsiz sahibkarlarla əlbir» olduğunu bildirib. Bundan başqa nazirlik bəyan edib ki, Suriyadan olan həmin iş adamlarına cinayət işi açmaqdansa, onlara İrandan ət idxal etmək üçün daha bir liseynziya verilib. Sədrəddin Solltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar