SON XƏBƏRLƏR

Urmu Gölü məsələsi Əskinaslar üzərində

2021.10.20, 07:36
Urmu Gölü məsələsi Əskinaslar üzərində

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Urmu şəhəri kənarında yeləşən dünya şöhrətli Urmu Gölü baxımsızlıq ucbatından qurumaq üzrədir.

 

Artıq bu haqda Mütəxxəssislər illərdir ki həyəcan təbili çalırlar. Ancaq İran rejimi tərəfindən heç bir tədbir alınmır.

 

Güney Azərbaycanlılar növbəti dəfə dövlətin anti ekologiya siyasətinə etiraz ediblər.

 

Növbəti etiraz İranın pul əskinasları üzərində özünü göstərir. Beləki soydaşlarımız müxtəlif şüarlar yazmaqla Gölün qurumasına etiraz edir və dövlətin bu zəmində tədbir almasını istəyirlər.

 

Nümunə olaraq Əskinasların üzərinə belə yazılıb: “Gəlin gedək ağlayaq – Urmu Gölün dolduraq” , “Urmu Gölü susuzdu – Azərbaycan oyanmasa uduzdu” və ...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar