"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
GünAzTv: “Hayastan” fondu vasitəsilə Dağlıq Qarabağa ianə toplamaq getdikcə çətinləşir, xaricdəki varlı ermənilər də Azərbaycanın işğal edilmiş ərazilərinə pul xərcləməkdə xəsislik edir.
GünAzTv mətbuat mərkəzinin “Yeni musavat”-a istinadən yaydığı məlumata görə, Bu həftə dünyanın hər yerindən ermənilərdən Dağlıq Qarabağ üçün ianə toplamaq üçün növbəti illik telemarafon başlayır. Ümumerməni fondu “Hayastan” tərəfindən hər il təşkil edilən , formaca dilənçilikdən başqa bir şey olmayan Dağlıq Qarabağa yardım aksiyası noyabrın 25-də keçiriləcək telemarafonla yekunlaşacaq. ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Los-Angeles şəhərindən yayımlanacaq telemarafona qatılmaq üçün Dağlıq Qarabağdakı separatçı erməni rejiminin rəhbəri Bako Saakyan da ötən həftədən etibarən Birləşmiş Ştatlardadır.
Xəbərlərə görə, o, ABŞ-dakı erməni təşkilatlarında, kilsələrində və erməni siyasi çevrələrində görüşlər keçirir. Görüşlərin məqsədi Amerikadakı varlı ermənilərdən Dağlıq Qarabağ ermənilərinə yardım üçün mümkün qədər çox vəsait toplaya bilməkdir. Ötən həftə Ermənistan prezidenti Serj Sərkisyan da Moskvaya səfəri zamanı Rusiya Erməniləri İttifaqının bu məqsədlə təşkil etdiyi toplantıya Saakyanla birgə qatılmışdı və bu ölkədə yaşayan ermənilərdən Dağlıq Qarabağa daha çox vəsaitin toplanması imkanları müzakirə olunmuşdu. Təşkilatın rəhbəri Ara Abramyan Sərkisyana vəd edib ki, budəfəki telemarafonda Rusiya ermənilərindən 7 milyon dollar toplanacaq. Qeyd edək ki, Serj Sərkisyan həm də “Hayastan” ümumerməni fondunun hamilər şurasının rəhbəridir. Rusiyada yaşayan ermənilərin sayı 1 milyon 600 min nəfər olsa da, ötən il telemarafonda cəmi 5 milyon 290 min dollar ianə toplamaq mümkün olmuşdu.İanə toplamaq üçün təbliğat işi bir neçə həftədir erməni diasporunun güclü olduğu ölkələrdə-Rusiya, Fransa, ABŞ, Livan, Suriya və digər ölkələrdə aparılır. Bu dəfə ümumerməni dilənçiliyinə məşhur fransalı aktyor, ermənilərə simpatiyasını gizlətməyən Jerar Depardye da qoşulub. Fransadakı erməni mənbələrinin xəbərinə görə, Depardye “YouTube” portalında videomüraciət yerləşdirərək bu ölkədəki imkanlı adamları “Dağlıq Qarabağın və Ermənistanın rifahı naminə” “Hayastan” fondunun hesabına vəsait köçürməyə çağırıb. Ermənilərin bu dəfə aksiyaya Depardyeni qoşması təsadüfi deyil. Ötənilki telemarafonda onlarla erməni multimilyonçusunun yaşadığı Fransa da daxil olmaqla, bir neçə Avropa ölkəsindən (Almaniya, Fransa, İngiltərə, Belçika, Hollandiya, İspaniya, İtaliya, Polşa, Avstriya, İsveçrə) cəmi 1.3 milyon avro dilənmək mümkün olub. Halbuki bu dövlətlərdə 12 min 400 erməni ailəsi yaşayır. Bu tendensiya erməni diasporunun güclü olduğu digər ölkələrdə də müşahidə olunur, əvvəlki illərdə Ermənistan prezidentinin və digər rəhbər şəxslərinin aksiyaya şəxsən qoşulmalarına baxmayaraq, toplanan vəsaitlər ilbəil azalır. Məsələn, ötən il “Hayastan” fondu azı 25 milyon dollar toplamağı planlaşdırmışdı, ancaq cəmi 16 milyon dollar toplamaq mümkün olub. Baxmayaraq ki, Moskvada təşkil edilən marafona prezident Sərkisyan və spiker Ovik Abramyan da qatılmışdı. Ancaq onların varlı ermənilərə çağırışları o qədər də effekt verməyib. 2008-ci ildə isə Dağlıq Qarabağ və Ermənistana humanitar yardım üçün diaspor təşkilatları tərəfindən toplanılan məbləğ 35 milyon dollar olub. Halbuki bu rəqəm 2007-ci ildə 54 milyon, 2006-cı ildə 75 milyon, 2005-ci ildə 98 milyon, 2004-cü ildə 112 milyon, 2003-cü ildə 127 milyon, 2002-ci ildə 169 milyon, 2001-ci ildə 178 milyon, 2000-ci ildə 190 milyon dollar təşkil edirdi.Dağlıq Qarabağdakı separatçı rejimin büdcəsinin əsas gəlir mənbələrindən biri də xaricdəki ermənilərdən dilənərək yığılan pullardır. Separatçı rejimin büdcəsi Ermənistan büdcəsindən hər il ayrılan dotasiyalarla, Azərbaycanın işğal edilmiş ərazilərindən maddi sərvətlərin talan edilib satılması ilə və diaspordan yığılan ianələrlə formalaşdırılır. İqtisadiyyatdan isə söhbət gedə bilməz. Separatçı rejimin rəsmiləri özləri də etiraf edirlər ki, hətta xaricdəki ermənilər də Qarabağa investisiya qoymaqda maraqlı deyil. Ermənistanın gələnilki büdcəsində Dağlıq Qarabağa ayrılan dotasiyanın həcmi 100 milyon dollara yaxındır. Ermənistan iqtisadiyyatının acınacaqlı durumda olduğu bir vaxtda bu məbləğ kifayət qədər ağır yükdür. Ona görə də Ermənistan xaricdəki ermənilərdən daha çox ianə toplaya bilmək üçün ən müxtəlif yollara baş vurur. Ancaq bu səylərin gözlənilən nəticəni vermədiyini Ermənistanda etiraf edirlər.Dünya Erməni Fondunun icraçı direktoru Ara Vardanyan toplanan ianələrin ildən-ilə azalmasını şərh edərkən bildirib ki, dünyanın müxtəlif dövlətlərinə səpələnmiş 10 milyon nəfər erməni aylıq gəlirlərini 1 dollar qismində fondun hesabına keçirmiş olsalar, bu ildə 120 milyon dollar vəsait deməkdir. “Çox təəssüf ki, bizlər yüzillər boyu apardığımız dərin təbliğatlar sayəsində bu gün nail olduğumuz Ermənistan və Dağlıq Qarabağı bir ərazi kimi yenidən itirmək təhlükəsi ilə üz-üzə durmuşuq. Hər il Dağlıq Qarabağ və Ermənistandan, eləcə də Gürcüstandan ermənilər dünyanın digər dövlətlərinə kütləvi şəkildə köçüb gedirlər. Mühacirətə gedənlər başqa dövlətlərin vətəndaşlığını almaqla bir daha həmin torpaqlara geri dönməyəcəklərində israrlıdırlar” deyə, Vardanyan şikayətlənib.
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko