SON XƏBƏRLƏR

Ayət Məhrəlibəyli və Lətif Həsəni hələdə naməlum səbəbdən həbsdə saxlanılır

2021.10.20, 07:36
Ayət Məhrəlibəyli və Lətif Həsəni hələdə naməlum səbəbdən həbsdə saxlanılır

Gunaz.tv

GünAzTv: Azərbaycanlı milli-mədəni fəallar cənab Ayət (Yürüş) Mehrəlibəyli və Lətif Həsəni aylardır ki, Təbriz ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təknəfərlik kamerasında həbsdə saxlanılırlar.

 

Adını çəkdiyimiz milli-mədəni fəalların dosyasına baxan məsullar onların ailəsinə heç bir qaneedici cavab vermirlər.

 

Təbriz İnqilab Məhkəməsinin hakimi onların Təbriz zindanına köçürülməsi vəya mükli vəsiqə qarşılığında azad edilmələri ilə razılaşmır.

 

Məlumata görə, Təhlükəsizlik Məmurları onların dosyası üzərində daha da işləyəcəklərini və sorğu-suala tutulacaqlarını bildiriblər.

 

Xatırladaq ki,  hazırda Mehrəlibəyli 198 gün və Lətif Həsəni isə 184 gündür ki məhbus həyatı yaşayırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar