SON XƏBƏRLƏR

Əkbər azad azadlığa buraxıldı

2021.10.20, 07:36
Əkbər azad azadlığa buraxıldı

Gunaz.tv

GünAzTv: Azərbaycanın mübariz oğlu, tanınmış milli-mədəni fəal Ustad Əkbər Azad 182 gün müqavimət və mübarizədən sonra müvəqqəti azadlığa buraxılıb.

 

Cənab Azad noyabr ayının 22-i (Azər ayının 1-i) 220000 dollarlıq mülki vəsiqə qarşılığında (220 milyon tümən) Təbriz zindanından azadlığa buraxılıb.

 

O 2010-cu il May ayının 25-dən bəri ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) təknəfərlik kamerası və Təbriz zindanında həbsdə saxlanılırdı. Milli-mədəni fəal 182 gün ərzində ruhi-cismi işgəncələrə məruz qalib, yuxusuzluğa məcbur edilib və dəfələrlə 24 saatlıq sorğu-sualla üzləşib.

 

Adını çəkdiyimiz milli-mədəni fəal milli təhlükəsizliyi pozmaq, sistemin əleyhinə təbliğ və milli təşkilatlarda üzv olmaqda ittiham edilib.

 

Xatırladaq ki, cənab Əkbər Azad keçmiş illərdə dəfələrlə yaxalanıb və aylarca  təknəfərlik kameralarda həbs olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar