SON XƏBƏRLƏR

Əhmədinejaddan xeyriyyəçi əməl?!

2021.10.20, 07:36
Əhmədinejaddan xeyriyyəçi əməl?!

Gunaz.tv

GünAzTv: Mahmud Əhmədinejad avtomobilini satır. İran prezidenti bu addımı ilə ölkə ictimaiyyəti arasında hakimiyyətin itməkdə olan nüfuzunu bərpa etməyə səy göstərir.

İran prezidenti Mahmud Əhmədinejadın «Peugeot-504» avtomobili hərraca çıxarılıb.

 

Bu haqda ölkənin sosial müdafiə naziri Sadiq Məhsuli yerli mətbuata məlumat verib. Onun sözlərinə görə, Əhməjdinejad bu qərarını  ölkədəki xeyriyyəçilərin konfransında açıqlayıb. Hökumət başçısı bildirib ki, avtomobilin pulunu xeyiryyə məqsədi ilə yaşayış evlərinin tikintsinə xərcləyəcək. Bu konfrsandan bir gün öncə mənzil –tikinti proqrammı çərçivəsində  az təminatlı ailələrin mənzil probleminin həllinə həsr edilmiş toplantı keçirilib.

 

«Əhmədinejad bu addımı az təminatlı ailələrə yardım məqsədi ilə atıb. Hazırda avtomobil beynəlxalq hərraca çıxarılıb və yaxın zamanda onun qiyməti açıqlanacaq»-deyə, nazir söyləyib.

 

İran prezidenti bu addımı ilə ölkə ictimaiyyəti arasında hakimiyyətin itməkdə olan nüfuzunu bərpa etməyə səy göstərir. Çünki gündəlik tələbat mallarının bahalaşması qarşılığında ölkə iqtidarı adi insanların da etimadını itirməkdədir. Əhmədinejad bu davranışı ilə «xoş məramlı», «xeyriyyəçi», «ədalətli» oluduğunu göstərmək niyyətindədir. Amma ətin, çörəyin, yanacağın bahalaşması qarşılığında avtomobilin hərracı çox ucuz  və bayağı görünməkdədir. Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar