SON XƏBƏRLƏR

Səkinə Aştiyani barəsində daha bir üzücü xəbər

2021.10.20, 07:36
Səkinə Aştiyani barəsində daha bir üzücü xəbər

Gunaz.tv

GünAzTv: İranın Şərqi Azərbaycan əyalətinin ədliyyə təşkilatının rəhbəri Malik Əjdər Şərifi noyabrın 21-də jurnalistlərə deyib ki, ölüm hökmü təsdiq ediləcəyi təqdirdə təbrizli qadın Səkinə Məhəmmədi Aştiyani daşqalaq olunacaq.

 

Səkinə Məhəmmədi Aştiyani 5 ildir həbsdədir. O, zinada, sonradan həm də ərinin qətlində iştirakda günahlandırılıb və daşqalaq yolu ilə edama məhkum olunub.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı  məlumata görə, Malik Əjdər Şərifi deyib: “Həyat yoldaşına xəyanət etmək bütün dünyada qəbahət sayılır. Səkinə Məhəmmədi Aştiyani ərinə xəyanət etdiyi üçün daşqalaq yolu ilə edama məhkum edilib. Onun işi hazırda Tehranda öz qanuni prosesini keçirir. Məhkəmə qərarı təsdiq edilsə, hökmün icrası vacibdir və Səkinə daşqalaq ediləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar