SON XƏBƏRLƏR

Öyrənci Fəal Fəraz Zehtabın həbsinə dair hökm təsdiqlənib

2021.10.20, 07:36
Öyrənci Fəal Fəraz Zehtabın həbsinə dair hökm təsdiqlənib

Gunaz.tv

GünAzTv :Təbriz universitetinin fəal öyrəncisi cənab Fəraz Zehtabın həbsinə dair çıxarılan hökm təsdiqlənib. O Təbriz məhkəməsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilmişdi.

 

Cənab Zehtab 2009-cu ilin iyul ayında (1388-ci ilin xordad ayı) ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən tutuqlanıb, təxminən 3 ay həbsdə saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında Təbriz zindanından azadlığa buraxılıb.

 

Məhkəmə milli-mədəni fəalı veblaq idarə etmək, bildiriş nəşr edib-yaymaq və xalqı etiraz aksiyasına çağırmaq vasitəsi ilə sistemin əleyhinə təbliğdə ittiham edib.

 

Cənab Zehtab bundan öncədə dəfələrlə tutuqlanıb və ETTELAATın təzyiqlərinə məruz qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar