SON XƏBƏRLƏR

İran Qərbə əzələ göstərdi

2021.10.20, 07:36
İran Qərbə əzələ göstərdi

Gunaz.tv

GünAzTv: İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) generalı Həmid Ərcəngi iki yeni raketin sınaqdan keçirildiyini bildirib.

jurnalistlərə açıqlama verən generalın sözlərinə görə, “FM 80" və ”Rapir" adlı yeni raketlər sınaqdan uğurla çıxıb: “Bu raketlər İranda istehsal olunub. Yeni raketlər ”Rapir" və “FM 80" raketlərinin daha da inkişaf etdirilmiş modelidir. Yeni raketlər daha müasir elektron-optik və lazer cihazları ilə təmin olunub. Eləcə də təyin olunmuş hədəfi uzaqdan vurmaq qabiliyyəti güclüdür”.Həmid Ərcəngi onu da əlavə edib ki, İranda Rusiyanın “S-300" raketlərinə bənzər ”Mersad" adlı daha bir yeni raketin sınağı keçirilib. Onun sözərinə görə, uğurla sınaqdan keçirilən, məşhur “S-300" raketlərinin bənzəri olan ”Mersad" raketləri müasir təyyarələri izləmək, onları məhv etmək qabiliyyətinə malikdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar