SON XƏBƏRLƏR

Ermənistan prezidenti NATO sammitində iştirak etməyib

2021.10.20, 07:36
Ermənistan prezidenti NATO sammitində iştirak etməyib

Gunaz.tv

GünAzTv: Bu barədə Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan məlumat verib.

Ermənistan prezidenti Serj Sarkisyan NATO sammitinə getməyib. Səbəb yekun bəyannamə layihəsində Cənubi Qafqaz münaqişələrinin nizamlanması barədə ümumi müddəaların saxlanılmasıdır. Bu barədə Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan məlumat verib.

 

Onun sözlərinə görə, noyabrın 20-də Ermənistan prezidentinin Lissabon şəhərində keçirilən NATO sammitində iştirakı əvvəlcədən planlaşdırıbmış. 

 

«Ermənistan tərəfi dəfələrlə münaqişələrin nizamlanmasında ümumi müddəaların qəbul edilməzliyini vurğulayıb. NATO-nun Lissabon sammitinin bəyannamə layihəsində ATƏT-in bəyan etdiyi yalnız bir prinsipə istinadən Cənubi Qafqaz münaqişələrinin nizamlanmasına dair köhnə ümumi müddəaların saxlanılması neqativ siqnal ola bilər və Qarabağ nizamlanmasına dair danışıqlar prosesində əlavə maneələr yarada bilər. Bu narahatlığı nəzərə alaraq, Ermənistan prezidenti Lissabon sammitinə getməməyi qərara alıb. Sammitdə Ermənistanın xarici işlər və müdafiə nazirləri iştirak edəcəklər», deyə Arzumanyan bildirib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar