SON XƏBƏRLƏR

Güney Azərbaycanlı soydaşımız Ermənistan həbsxanasında ürək krizi keçirib

2021.10.20, 07:36
Güney Azərbaycanlı soydaşımız Ermənistan həbsxanasında ürək krizi keçirib

Gunaz.tv

GünAzTv: Behnam Baqirinin ailəsindən əldə olunan məlumata əsasən, Baqiri ötən həftə İrəvan zindanında ağır ruhi və cismi işgəncələrə tab gətirməyərək ürək krizi keçirmişdir. Bu barədə Baqirinin ailəsi “Araz news”-a məlumat verib.

 

Baqirinin ailəsi həbsdə olan övladlarının taleyindən çox nigarandır. onların verdiyi məlumata görə Behnam həkim nəzarətindən yararlana bilmədiyi üçün həyati təhlükəsi ilə qarşı-qarşıyadır.

 

Bəqiri ailəsi ermənistan zindanlarının sağlıq baxımından standartlara uyğun olmadığını dilə gətirərək dünya insan haqlarını müdafiə edən bütün  örgüt və təşkilatlarından yardım ummaqdadırlar.

 

Nəzərinizə çatdıraq ki ,İran İslam respublikası vətəndaşı , Güney Azərbaycanlı Behnam Baqiri Azərbaycan dövlətinə casusluqda ittiham olunur və ötən ay bu ittihamla ermənistan respublikasında 10 il müddətinə azadlıqdan məhrum olunmuşdur .müttəhim bütün ittihamları rədd edir və Ermənistanda bir turist kimi bulunduğunu irəli sürmüşdü.

Baqirinin İran vətəndaşı olduğuna baxmayaraq, İran dövləti bu zəmində günümüzə qədər heç bir tədbir görməyib.

Xatırladaq ki, Baqiri Güney Azərbaycanın Ərəblər (Poldəşt) şəhərindəndir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar